Mövlud Çavuşoğlu gündəmlə bağlı açıqlama verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu özəl televiziya kanallarından birində gündəmə dair açıqlama verib.

1871343
Mövlud Çavuşoğlu gündəmlə bağlı açıqlama verib

"Yaxın günlərdə Türkiye ilə İsrail arasında səfirlərin qarşılıqlı təyinatı baş tutacaq".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu özəl televiziya kanallarından birində gündəmə dair verdiyi açıqlamada deyib.

Nazir Çavuşoğlu Suriyada vətəndaş müharibəsinin 11 ildən artıqdır davam etdiyini bildirib:

"Türkiye olaraq əvvəldən dedik ki, ən mühüm proses siyasi prosesdir. O prosesə baxanda ancaq Astana prosesi davam edir. Rejim burada siyasi həllə inanmadı, amma belə davam edərsə ölkə parçalanacaq”.

Nazir Çavuşoğlu Türkiye ilə Suriya arasındakı təmaslarla bağlı, "Kəşfiyyat təşkilatları arasında dialoq var. (Rejimin xarici işlər naziri ilə) qısa görüşüm oldu" deyib.

Nazir Çavuşoğlu Türkiyenin Suriya rejimi ilə görüşmək üçün hər hansı bir şərti varmı sualına belə cavab verib:

"Dialoq üçün heç bir şərt olmaz. Suriyanın ərazi bütövlüyü və siyasi bütövlüyü bizim üçün önəmlidir. İnsanların öz ölkələrinə sağ-salamat qayıtması vacibdir, Suriyanın bərpası vacibdir. Sülh olarsa, tikinti prosesi başlaya bilər".

Çavuşoğlu Türkiye ilə İsrail arasında qarşılıqlı səfir təyinatı ilə bağlı olaraq isə deyib  ki, bu proses yaxın günlərdə baş verəcək. Layihə işimiz bitmək üzrədir”.

Türkiye ilə İsrail arasında münasibətlərin normallaşmasının Fələstin probleminə necə təsir edəcəyini qiymətləndirən xarici işlər naziri deyib:

"Həmas, həm də Fələstin tərəfi İsraillə münasibətlərimizin normallaşmasını istəyir. İsraillə yaxşı münasibətlər Fələstin məsələsinə baxışımızın dəyişdiyi mənasını daşımır".

Misirlə normallaşma prosesinin başladığını, lakin ləng getdiyini vurğulayan Çavuşoğlu “Heç bir mənfi cəhət yoxdur. Bir az sürət qazanmalıdır. Biz Misirlə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə eyni sürəti yaşaya bilməmişik" deyib.



Әlaqәli Xәbәrlәr