“Məqsədimiz Rusiya və Ukrayna böhranını kökündən həll etməkdir”, R.T.Ərdoğan

Bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində ifadə edib

1871021
“Məqsədimiz Rusiya və Ukrayna böhranını kökündən həll etməkdir”, R.T.Ərdoğan

 

  “Türkiyənin ehtiyacı faiz artırmaq deyil, investisiyaları, məşğulluğu, istehsalı, ixracatı və cari əməliyyatlar balansını artırmaqdır. Vətəndaşlarımızdan və iş dünyasından yeganə xahişim öz ölkələrinə və eyni zamanda öz pullarına güvənməkdir”. Bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində ifadə edib.

  Çıxışının əvvəlində Qaziantep və Mardin bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzalarında həlak olanlara görə başsağlığı verən Türkiyə dövlətinin başçısı deyib ki, belə halların bir daha təkrarlanmaması üçün bütün sahələrdə, xüsusən də yol hərəkəti və nəqliyyat vasitələrinin təhlükəsizliyində lazımi tədbirləri sürətlə həyata keçirəcəyik.

  Ölkənin xarici siyasəti və əldə edilən nəticələrdən danışan dövlət başçısı deyib ki, məqsədimiz Rusiya və Ukrayna prezidentlərini Türkiyədə bir araya gətirib böhranı kökündən həll etməkdir.

  Hökumətin qəbul etdiyi qərarlar barədə ictimaiyyətə geniş məlumat verən prezident Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, kənd təsərrüfatı məhsullarının tədarükü və bazar qiymətlərinin tənzimlənməsini, növbəti tədris ilinə aid tədbir və yenilikləri diqqətə çatdırıb.



Әlaqәli Xәbәrlәr