Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə kabinet iclası keçiriləcək

Bu gün Beştəpədə Kabinet iclası keçiriləcək.

1870539
Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə kabinet iclası keçiriləcək

Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçiriləcək iclasda Rusiya-Ukrayna müharibəsi və “taxıl dəhlizi” müzakirə olunacaq. İqtisadiyyatdakı inkişaflar və terrorla mübarizə əməliyyatlarında son vəziyyət də müzakirə olunacaq mövzular sırasındadır.

Ərdoğanın Putin və Zelenski ilə danışıqları da müzakirə olunacaq

Ön plana çıxacaq mövzulardan biri də iqtisadiyyat olacaq. Həddindən artıq qiymət artımının qarşısının alınması və inflyasiya ilə mübarizə məsələləri müzakirə olunacaq.

Nazirlər Kabinetinin iclasında həm ölkə daxilində, həm də Şimali İraq və Suriyada həyata keçirilən terrorla mübarizə əməliyyatları dəyərləndiriləcək.

İsraillə normallaşma prosesi və Şərqi Aralıq dənizindəki hadisələr də Nazirlər Kabinetinin gündəmində olacaq.

Görüşdən sonra prezident Ərdoğan xalqa müraciətlə çıxış edəcək.



Әlaqәli Xәbәrlәr