Ərdoğanın diplomatiyası Türkiyəni beynəlxalq səhnədə necə vazkeçilməz etdi?

Fransanın "Le Figaro" qəzetində Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu "Ərdoğanın diplomatiyası Türkiyəni beynəlxalq səhnədə necə vazkeçilməz etdi?" adlı məqalədə əks olunub

1870477
Ərdoğanın diplomatiyası Türkiyəni beynəlxalq səhnədə necə vazkeçilməz etdi?

 

  Fransanın "Le Figaro" qəzetində Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu "Ərdoğanın diplomatiyası Türkiyəni beynəlxalq səhnədə necə vazkeçilməz etdi?" adlı məqalədə əks olunub. Məqalədə yazılır: “Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu əsl diplomatik nailiyyətdir. Dünyada 6-cı ən böyük səfirlik şəbəkəsinə sahib Türkiyənin daha sülhsevər və daha fəal xarici siyasəti ortaya çıxır.

  Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Türkiyənin xarici siyasəti son günlər aktiv mövqeyi ilə fərqlənir.

  Ukrayna münaqişəsi Şərqdə, Qərbdə və ərəb dünyasında Türkiyənin təqdirolunan xarici siyasətinin yenidən mövqeləndirilməsini önə çıxardı.

  Türkiyə Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün sülh danışıqlarına ev sahibliyi edir. Müharibə edən tərəflər arasında razılaşma nəticəsində və Birləşmiş Millətlər Təşkilatı vasitəsilə Türkiyə iyul ayının sonunda taxıl göndərilməsinin bərpasına imkan verdi.

  Prezident Ərdoğan avqustun 18-də Ukraynada Vladimir Zelenskinin əlini hərarətlə sıxdı, Rusiyada isə Vladimir Putinlə 4 saatlıq uzun bir görüşü oldu.

  Türkiyə ilə İsrail arasında uzun illərdir davam edən inciklikdən sonra münasibətlər yenidən qurulub.

  İran, Liviya, Suriya və Ukrayna məsələlərində Türkiyə əvəzedilməz və tez-tez müzakirə oluna bilən ölkəyə çevrilib.

  Total normallaşma diplomatiyası bəhrəsini verir. Belə ki, Ərdoğan Türkiyə və Ermənistanın normallaşma prosesi ilə bağlı təşəbbüslər göstərir. 30 ilə yaxındır ortaq sərhədləri bağlı olan iki ölkə son aylar normallaşma istiqamətində addımlar atıb. Ermənistan tərəfində Türkiyə məhsullarına qoyulan embarqo aradan qaldırılıb və yeni dialoq üçün xüsusi nümayəndələr təyin edilib.

  Ərdoğan Türkiyəni Qərblə Rusiya arasında mərkəzi platforma kimi qurur, xüsusən də qaz baxımından. Çünki o, Ukraynanın müttəfiqlərinin tətbiq etdiyi iqtisadi sanksiyaların heç birini tətbiq etmir. Avqustun 5-də Ərdoğan və Putin arasında Soçidə keçirilən görüşdə bu günə qədərki dostluğun son əlaməti olaraq iki ölkə arasında ticarət əlaqələrinin güclənəcəyi açıqlandı.

  Ərəb ölkələri ilə də Türkiyə yenidən normallaşma prosesinə girdi. Türkiyənin çevrəsi ilə, xüsusən də Şərq cinahında Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə münasibətlərini normallaşdırması uğurdur”.



Әlaqәli Xәbәrlәr