Türkiye, Finlandiya və İsveç arasındakı ilk iclas avqustun 26-da baş tutacaq
Türkiye, Finlandiya və İsveç arasında yaradılan üçtәrәfli mexanizm çәrçivәsindәki ilk iclas avqustun 26-da baş tutacaq.
Türkiye, Finlandiya və İsveç arasında yaradılan üçtәrәfli mexanizm çәrçivәsindәki ilk iclas avqustun 26-da baş tutacaq.
Bu barәdә Türkiye Prezidenti Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Belәliklә Madriddә baş tutan NATO sammitindә yaradılan üçtәrәfli birgә mexanizmin ilk iclası avqustun 26-da Finlandiyada keçirilәcәk. İclasda Türkiye nümayәndә heyәtinә Türkiye Prezidentinin sözçüsü İbrahim Kalın vә xarici işlәr nazirinin müavini Sedat Önal rәhbәrlik edәcәklәr. İclasda Türkiyenin Әdliyyә Nazirliyi, Xarici İşlәr Nazirliyi, Milli Müdafiә Nazirliyi vә Milli Kәşfiyyat İdarәsinin nümayәmdәlәrinin dә iştirak etmәsi nәzәrdә tutulur.
2022-ci ilin 28 iyun tarixindә Türkiye Prezidenti Rәcәb Tayyib Әrdoğanın iştirakı ilә imzalanan üçtәrәfli birgә memorandum Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiye ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılıb.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.