"Türkiye Suriyanın şimalında terrorla mübarizəsini Rusiya ilə birlikdə davam etdirir", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan avqustun 18-də Ukraynaya bir günlük səfərindən sonra Türkiyeyə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

1870059
"Türkiye Suriyanın şimalında terrorla mübarizəsini Rusiya ilə birlikdə davam etdirir", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan avqustun 18-də Ukraynaya bir günlük səfərindən sonra Türkiyeyə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Türkiyenin Suriyanın şimalında terrorla mübarizəsini Rusiya ilə birlikdə davam etdirdiyini bildirən Ərdoğan deyib:

"Terrorla mübarizənin müəyyən hissəsini Rusiya ilə birlikdə apararkən, müəyyən hissəsini öz əsgərlərimiz və təhlükəsizlik qüvvələrimizlə həyata keçiririk”.

Terroru Suriyada ilk növbədə ABŞ və koalisiya qüvvələrinin maliyyələşdirdiyini qeyd edən dövlət başçısı "Onlar bunu mərhəmətsizcəsinə etdilər və hələ də davam edirlər. "Bir gecə qəfil gələ bilərik” deməyimiz əbəs deyil. Bu, vaxtı gələndə edilir. Amma bunu da deyim; Birdəfəlik Türkiyedən heç kim soruşmasın ki, belə bir şeyə (əməliyyata) hazırsınızmı? Biz bütün bunlara hazırıq. Hazır olduğumuz kimi, hər an nə lazımdırsa etmək gücümüz var” deyib.

ABŞ-ın İraqdakı terrorçulara da dəstək verdiyini ifadə edən Ərdoğan "Hazırda İraqda iğtişaşlar varsa, təəssüf ki, bunun arxasında ABŞ dayanır. Və o qədər də irəli gedirlər ki, bu terror təşkilatlarının rəhbərləri ilə Ağ Evdə görüşürlər. Biz bütün bunları bilirik” deyə bildirib.

Türkiyenin Suriya ərazisində gözünün olmadığını vurğulayan dövlət başçısı onu da deyib ki, çünki Suriya xalqı bizim qardaşımızdır. Orada bizim belə problemimiz yoxdur. Onların ərazilərinin bütövlüyü bizim üçün önəmlidir. B.Əsəd rejimi bundan xəbərdar olmalıdır.

Dövlətlər arasında siyasi dialoqun və ya diplomatiyanın heç vaxt kəsilə bilməyəcəyini deyən prezident deyib: "Bu cür dialoqlar həmişə var olmalıdır."



Әlaqәli Xәbәrlәr