Türkiyə prezidenti Ukraynaya gedir

Bu barədə Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib

1868716
Türkiyə prezidenti Ukraynaya gedir

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenskinin dəvəti ilə avqustun 18-də Lvov vilayətinə birgünlük işgüzar səfər edəcək. Bu barədə Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib.

  Məlumata əsasən, səfər çərçivəsində iki ölkə başçısının görüşündə strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna münasibətlərinin bütün aspektləri dəyərləndiriləcək.

  Səfər zamanı Ukrayna prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. Sözügedən görüşdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılan mexanizmin fəaliyyətinin artırılaraq davamiyyətini təmin etmək, eləcə də Rusiya ilə Ukrayna arasında davam edən böhrana diplomatik yollarla son qoyulması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr