Prezident Rəcəb Tayyib Ərdoğan Malayziya kralı ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə paytaxt Ankarada səfərdə olan Malayziya Kralı Sultan Abdullah Riayatuddin Əl-Mustafa Billah Şah ilə görüşüb.

1868726
Prezident Rəcəb Tayyib Ərdoğan Malayziya kralı ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə paytaxt Ankarada səfərdə olan Malayziya kralı Sultan Abdullah Riayatuddin Əl-Mustafa Billah Şah ilə görüşüb.

Prezident Ərdoğan avqustun 16-da Türkiyəyə rəsmi səfərə gələn Malayziya Kralı Əl-Mustafa Billah Şahı rəsmi mərasimlə qarşılayıb.

İki saat yarım davam edən təkbətək görüşdən sonra Prezident Ərdoğan Malayziya kralı Sultan Abdullahın şərəfinə rəsmi nahar verib.

Daha sonra keçirilən mərasimdə Ərdoğan Malayziya kralı Sultan Abdulla Şaha Türkiyə Cümhuriyyətinin dövlət ordenini təqdim edib.

Sultan Abdulla Şah da Prezident Ərdoğana Malayziyanın Ən Ali Milli Tac Ordenini təqdim edib.



Әlaqәli Xәbәrlәr