XİN: Türkiyənin 1974-cü ildə Kıbrısa (Kipr) müdaxiləsi qanuni və haqlıdır

Türkiyə 1974-cü ildə Kıbrısa (Kipr) müdaxiləsinin "qanuni və haqlı" olduğunu bəyan etdi.

1868338
XİN: Türkiyənin 1974-cü ildə Kıbrısa (Kipr) müdaxiləsi qanuni və haqlıdır

Türkiyə 1974-cü ildə Kıbrısa (Kipr) müdaxiləsinin "qanuni və haqlı" olduğunu bəyan etdi.

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın Kıbrıs Sülh Hərəkatının ikinci mərhələsinin 48-ci ildönümü (14 avqust) ilə bağlı "Twitter" səhifəsində "Türkiyənin Kıbrısa müdaxiləsi ilə bağlı həqiqətlər" başlığı ilə etdiyi paylaşımlara cavab verib.

Nazirliyin paylaşımında Türkiyənin müdaxiləsinin London və Sürix razılaşmalarına əsaslandığı vurğulanıb və bunun "qanuni və haqlı" olduğu vurğulanıb.

Paylaşımda Kıbrısda sülh və sabitliyin təmin edildiyi, əməliyyat sayəsində rumların həyatının xilas edildiyi bildirilərək, kıbrıslı rumların 1960-cı il Konstitusiyasını pozaraq 1963-cü ildə Adadakı ortaqlığı məhv etdiyi qeyd edilib.

1974-cü ilin iyulunda Kıbrısda Yunanıstanın çevrilişindən sonra Türkiyənin “Kıbrıs türklərinə qarşı zorakılıq və qan tökülməsini dayandırmaq üçün müdaxilə etmək məcburiyyətində qaldığı" vurğulanıb.

Müdaxilə ilə Kıbrısdakı Yunanıstan hərbi xuntasının axırına çıxdığı, Yunanıstan və kıbrıslı rumların “adada daimi həll üçün lazımlı iradəsini əsla nümayiş etdirmədikləri, kıbrıslı rumların 2004-cü ildə Annan planını rədd etdikləri və 2017-ci ildə də Crans-Montanada masadan qalxdıqları xatırladılıb.

Paylaşımda “Adada tərəflərin haqqına hörmətl edilən, ədalətli və tətbiq edilə bilən bir həll üçün Kıbrıs türklərinin təbii hüquqları, suveren bərabərliyi və bərabər statusu bir daha təsdiqlənməlidir”. deyilib.

Xatırladaq ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias bazar günü şəxsi "Twitter" hesabında etdiyi paylaşımlarda Türkiyənin müdaxiləsini “qanunsuz işğal” kimi qiymətləndirib.



Әlaqәli Xәbәrlәr