Ərdoğan Hacı Bektaş Vəlinin xatirə mərasimində iştirak və çıxış etdi

Türkiyənin Nevşehir rayonunda Anadolunun ruhani memarı Hacı Bektaşi-Vəlinin dünyadan köçməsinin 751-ci ildönümü ilə bağlı xatirə mərasimində iştirak edən Ərdoğan buradakı çıxışında deyib...

1867503
Ərdoğan Hacı Bektaş Vəlinin xatirə mərasimində iştirak və çıxış etdi

 

   Prezident Rəcəb Tayyib Ərdoğan bəzi Avropa ölkələrinin Türkiyədə ələvi-bektaşi qrupları üzərində çirkin oyun oynadıqlarını bildirib.

  Türkiyənin Nevşehir rayonunda Anadolunun ruhani memarı Hacı Bektaş Vəlinin dünyadan köçməsinin 751-ci ildönümü ilə bağlı xatirə mərasimində iştirak edən Ərdoğan buradakı çıxışında deyib: “Bu ölkənin 85 milyon vətəndaşının hər biri dövlətin sayılıb-seçilən üzvləridir. Bəzi Avropa ölkələri ələvi-Bektaşi camaatı və qrupları üzərində çirkin oyunlar oynayır, xalqımızın insanlarını  bir-birinə qarşı qoymaq istəyir. Biz birlikdə hər cür alçaq, məkrli və iyrənc oyunu pozacağıq.

  Ankarada bir sıra cəm evlərində - ələvilərin ziyarətgahlarında oldum. 8740 müraciət qəbul etdik ki, bunların 5600-ü tez bir zamanda yerinə yetirildi. Digər tələblərlə bağlı isə daxili işlər, mədəniyyət və ədliyyə nazirliklərimiz birgə işləyir. İnşaallah, bu yaxınlarda yekunlaşacaq. Bundan əlavə, yaxın vaxtlarda müxtəlif vilayətlərimizdə təməli qoyulan və tikintisi başa çatan 8 ələvi məscidinin də birgə mərasimini keçirəcəyik.

  Anadolu torpaqlarındakı mənəvi irsimizə nə qədər çox bağlı olsaq, gələcəyimizə də bir o qədər inamlı baxa bilərik”.



Әlaqәli Xәbәrlәr