Mövlud Çavuşoğlu: “Türkiye” brendini gücləndirməyə davam edəcəyik"

Xarici işlər naziri Mövlud Çavuşoğlu XIII Səfirlər Konfransında çıxış edib.

1866497
Mövlud Çavuşoğlu: “Türkiye” brendini gücləndirməyə davam edəcəyik"

“Türkiye” brendini gücləndirməyə davam edəcəyik".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu XIII Səfirlər Konfransında etdiyi çıxışında deyib.

Ünsiyyət baxımından çox kritik bir dövrdə olduqlarını qeyd edən Çavuşoğlu dezinformasiya və məlumat çirklənməsinin həyatın bir gerçəyi olduğunu, bunların daha çox əsas mətbuatı da ələ keçirdiklərini və Türkiyənin tez-tez mənfi kampaniyalara məruz qaldığını vurğulayıb.

Terrorla mübarizədən 1915-ci il hadisələrinə, Qarabağ müharibəsindən Rusiya-Ukrayna savaşına qədər Türkiyənin qarayaxma kampaniyalarının hədəfi olduğunu qeyd edən Çavuşoğlu "Bu mənada ünsiyyət, bəlkə də diplomatiyanın ən mühüm ölçüsüdür. Bu səbəbdən, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən həyata keçirilən strategiya çərçivəsində Nazirliyimiz və digər aidiyyəti olan tərəflərin kommunikasiya səyləri çox vacibdir" deyib. 

Mövlud Çavuşoğlu Türkiyə Radio və Televiziya Qurumunun (TRT) və Anadolu Agentliyinin (AA) Kommunikasiya İdarəsi  ilə sıx əməkdaşlıq etdiklərinə diqqət çəkərək, xüsusilə Antalya Diplomatiya Forumunda (ADF) nümunəvi əməkdaşlıq etdiklərini bildirib.

“Türkiye” brendini gücləndirmək üçün birgə çalışdıqlarını vurğulayan xarici işlər naziri deyib:

"Cənab prezidentimizin rəhbərliyi ilə ölkəmizin adının xarici dillərdə "Türkiye" kimi işlədilməsi təşəbbüsü mühüm addım olub. Bu məsələ ilə bağlı bütün xarici nümayəndəliklərimizlə birlikdə səylə işləməyə davam edəcəyik".



Әlaqәli Xәbәrlәr