"Əməkdaşlığın demək olar ki, hər sahədə inkişafından məmnunuq", R.T.Ərdoğan

Paytaxt Ankarada təkbətək görüş və nümayəndə heyətləri arasında müqavilələrin imzalanma mərasimindən sonra təşkil edilən birgə mətbuat konfransında prezidentlər çıxış ediblər

1866294
"Əməkdaşlığın demək olar ki, hər sahədə inkişafından məmnunuq", R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan: “İnanıram ki, dostluq və strateji tərəfdaşlıq əsasında bizim həmrəyliyimiz Türkiyənin Avropa İttifaqına (Aİ) daxilolma prosesi də olmaqla, hər sahədə daha da güclənəcək”, - dedi.

  Türkiyədə rəsmi səfərdə olan sloveniyalı həmkarı Borut Pahor ilə paytaxt Ankarada təkbətək görüş və nümayəndə heyətləri arasında müqavilələrin imzalanma mərasimindən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən R.T.Ərdoğan deyib: “Türkiyə ilə Sloveniya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd etdik. İkitərəfli əlaqələr ətraflı müzakirə olundu. İqtisadiyyat, ticarət, sənaye, elm, texnologiya, nəqliyyat və digər sahələrdə əməkdaşlığın demək olar ki, hər sahədə inkişafından məmnunuq.

  Türkiyə ilə Sloveniya arasında dostluq münasibətləri və əməkdaşlıq regional sülh və sabitliyə böyük töhfələr verir. İnanıram ki, qarşıdakı dövrdə dostluq, müttəfiqlik və strateji tərəfdaşlıq əsasında inkişaf edən həmrəyliyimiz bütün sahələrdə, o cümlədən Türkiyənin Avropa İttifaqına daxil olması ilə daha da güclənəcək”.

  Sloveniya prezidenti Borut Pahor da öz növbəsindəki çıxışında bunları söyləyib: “Cənab Ərdoğanla ikitərəfli iqtisadi əməkdaşlıqdan danışdıq. İkitərəfli münasibətlərdə həll olunmamış problem yoxdur. Bizim həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə nümunə ola biləcək əlaqələrimiz vardır”.  

  Sloveniya prezidenti Rusiya ilə Ukrayna arasında fevralın 24-dən bəri davam edən müharibəyə də toxunaraq deyib: “Əgər bu müharibə gözlənildiyindən daha uzun sürərsə, gərginlik cənubdan Qərbi Balkanlara da keçə bilər”.



Әlaqәli Xәbәrlәr