Mövlud Çavuşoğlu Kubaya başsağlığı verib

Bu barәdә Kuba Xarici İşlәr Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә edilәn paylaşımda bildirilib.

1865861
Mövlud Çavuşoğlu Kubaya başsağlığı verib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Kubanın Matanzas limanındakı tanker bazasında baş verən partlayış nəticəsində hәlak olan bir nәfәrlә әlaqәdar  Kuba xalqına başsağlığı verib.

Bu barәdә Kuba Xarici İşlәr Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә edilәn paylaşımda bildirilib.

Mövlud Çavuşoğlu başsağlığı mesajında bu ifadәlәrә yer verib: ‘‘Kubada baş verәn partlayışla bağlı xәbәr mәni kәdәrlәndirib. Türkiyә xalqı vә hökumәti adından hәlak olan şәxsın ailәsinә dәrin hüznlә başsağlığı verirәm, xәsarәt alanlara şәfa dilәyirәm’’.

Qeyd edәk ki, avqustun 5-də Kubanın Matanzas limanındakı tanker bazasında baş verən  partlayış nәticәsindә bir nәfәr hәyatını itirmişdi, 125 nәfәr dә xәsarәt almışdı.

Bölgәdәn tәxliyә edilәnlәrin sayının 4 mini keçdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr