"Türkiyənin BMT ilə taxıl sazişinə dair diplomatiyası təqdirəlayiqdir”, H.M.Şmid

ATƏT baş katibi Helqa Mariya Şmid Ankarada keçirilən XII Səfirlər Konfransında iştirakçılara müraciət edib.

1865279
"Türkiyənin BMT ilə taxıl sazişinə dair diplomatiyası təqdirəlayiqdir”, H.M.Şmid

"Türkiyənin Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə taxıl sazişi ilə bağlı diplomatiyası təqdirəlayiqdir”. 
Bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Helqa Mariya Şmid Ankarada keçirilən XIII Səfirlər Konfransında iştirakçılara müraciəti zamanı deyib.

Şmid Türkiyənin son diplomatik roluna toxunaraq "Türkiyənin taxıl müqaviləsi ilə bağlı BMT ilə apardığı diplomatiya təqdirəlayiqdir. Çünki Ukraynadan dünyaya qida materiallarının və gübrələrin daşınması çox vacibdir" ifadəsini işlədib.

ATƏT-in Ukraynada Türkiyədən olan nümayəndələrlə işləmək imkanı tapdığını xatırladan Şmid Türkiyənin səyləri nəticəsində beynəlxalq müşahidəçilərin Ukraynadan təxliyə oluna bildiyini bildirib.

Şmid Ukrayna müharibəsi ilə ortaya çıxan minalar, müharibənin uşaqlara təsiri, insan qaçaqmalçılığı kimi məsələlərin həllində Türkiyənin dəstəyinə ehtiyac duyduqlarını da dilə gətirib.

Türkiyə diplomatiyasının dünyanın ən peşəkar diplomatik missiyalarından biri olduğuna diqqət çəkən baş katib "Türkiyə Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Bu yolla Türkiyə dünyanın bu plüralist anlayışına ən uyğun olan ölkələrdən biridir. Türkiyənin bu rolu ATƏT çərçivəsində aparılan işlərdə də diqqət çəkir. Türkiyə Özbəkistandan Əfqanıstana edilən yardımda da mühüm logistika mərkəzidir" deyib.

Türkiyənin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə verdiyi töhfələrin və maraqlı tərəflərlə işləməsinin onlar üçün çox vacib olduğunu ifadə edən ATƏT-in baş katibi Türkiyənin “Qadın Liderlik Platforması”na verdiyi töhfəni də yüksək qiymətləndirdiklərini bildirib.



Әlaqәli Xәbәrlәr