Ukraynadan taxıl yüklənmiş daha iki gəmi yola düşüb

Türkiyə Milli Müdafiə Nazirliyi 11 min ton soya və 48 min ton qarğıdalı daşıyan 2 gəminin Ukraynadan yola düşdüyünü açıqlayıb.

1864813
Ukraynadan taxıl yüklənmiş daha iki gəmi yola düşüb

Ukraynadan taxıl yüklənmiş daha iki gəmi yola düşüb.

Türkiyə Milli Müdafiə Nazirliyi 11 min ton soya və 48 min ton qarğıdalı daşıyan 2 gəminin Ukraynadan yola düşdüyünü açıqlayıb. Dünən (7 avqust 2022) yola düşən 4 gəmi bu axşam İstanbulda lövbər salacaq, sabah isə gəmilər yoxlanılacaq.

Nazirlikdən verilən açıqlamada, Birgə Koordinasiya Mərkəzinin işi çərçivəsində Ukrayna limanlarından taxıl daşımalarının davam etdiyi bildirilib.

Bu gün səhər; İtaliyaya 11 min ton soya daşıyan "SACURA" gəmisi Yuznidən, 48 min 458 ton qarğıdalı daşıyan "ARIZONA adlı gəmi isə Çernomorskdan yola düşüb.

Dünən yola düşən və İstanbul istiqamətində hərəkət edən 4 gəmi bu axşam İstanbulda lövbər salacaq və sabah yoxlanılacaq.



Әlaqәli Xәbәrlәr