Mövlud Çavuşoğlu: "İsrailin Qəzzaya və fələstinlilərə qarşı təcavüzünü kəskin şəkildə qınayırıq"

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailin Qəzzaya və fələstinlilərə qarşı təcavüzünü kəskin şəkildə qınadıqlarını bildirib.

1865050
Mövlud Çavuşoğlu: "İsrailin Qəzzaya və fələstinlilərə qarşı təcavüzünü kəskin şəkildə qınayırıq"

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailin Qəzzaya və fələstinlilərə qarşı təcavüzünü kəskin şəkildə qınadıqlarını bildirib.

Xarici işlər naziri Çavuşoğlu paytaxt Ankarada keçirilən XIII səfirlər konfransında çıxış edib.

Türkiyənin Fələstin məsələsinə verdiyi güclü dəstəyin davam etdiyini bildirən Çavuşoğlu deyib:

“İsrailin Qəzzaya hücumları və israilli fanatik yəhudi qruplarının Əl-Əqsa məscidinə daxil olmaq cəhdləri qəbuledilməzdir. Biz İsraili kəskin şəkildə qınayırıq və dünən gecə elan edilmiş atəşkəsin daimi olmasını istəyirik”.

Türkiyənin daha ədalətli dünya nizamının bayraqdarı olduğunu vurğulayan Çavuşoğlu “Qlobal ərzaq böhranının həlli üçün Ukrayna taxılının ixracına dair İstanbul sazişi və sazişin həyata keçirilməsi kimi inkişaflar diplomatiyamızın qlobal nümayişi oldu” deyib.

Çavuşoğlu Xarici işlər naziri “Əgər biz təkbaşına əldə etdiyimizi Avropa İttifaqı (Aİ) ilə birlikdə etsəydik Aİ bütün dünyada qlobal güc olardı” deyib və Avropanın təhlükəsizliyinin Türkiyəyə ehtiyacı olduğunu vurğulayıb. 

Ukrayna böhranının Türkiyənin dəyərini bir daha ortaya qoyduğuna diqqət çəkən nazir Çavuşoğlu deyib:

"Tarixin axışı Türkiyənin dostluğunu öyrətdi".

İraqdakı hadisələri yaxından izlədiklərini vurğulayan Çavuşoğlu sözlərinə onu da əlavə edib ki, bölücü terror təşkilatı PKK-nın bu ölkədəki mövcudluğu üçün konkret də addımların atılmasını gözləyirik.

Terror təşkilatları ilə bağlı Amerika Birləşmiş Ştatlarından (ABŞ) gözlənilən dəstəyi almadıqlarını vurğulayan xarici işlər naziri:

“Biz hesab edirik ki, Birləşmiş Ştatlar bizim qanuni gözləntilərimizə uyğun hərəkət etməlidir” deyib.



Әlaqәli Xәbәrlәr