Mövlud Çavuşoğlu İsmayıl Heniyye ilə telefonla danışıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə arasında telefon danışığı olub.

1864744
Mövlud Çavuşoğlu İsmayıl Heniyye ilə telefonla danışıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Çavuşoğlu ilə Haniyə arasında İsrailin blokada altında olan Qəzza zolağına qarşı hava hücumları və Məscidül-Əqsaya basqınları müzakirə edilib.

Mövlud Çavuşoğlu İraq Türkmən Cəbhəsinin (İTC) sədri Həsən Turanla da telefonla danışıb.

Mövlud Çavuşoğlu tvitterdəki paylaşımında Turanla görüşdüklərini bildirib və deyib:

"Bölgədə baş verən son hadisələr işığında İraqın sülh və sabitliyi ilə türkmən qardaşlarımızın sülh və rifahı üçün atılacaq addımları qiymətləndirdik. Hər zaman İraq türkmənlərinin yanındayıq".



Әlaqәli Xәbәrlәr