Mövlud Çavuşoğlu Malayziyada sәfәrdәdir

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda imzalanan taxıl sazişi ilə bağlı deyib: ‘‘Bu ilk gәmi idi.Bunun davamlı olması hәqiqәtәn vacibdir’’.

1863667
Mövlud Çavuşoğlu Malayziyada sәfәrdәdir

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda imzalanan taxıl sazişi ilə bağlı deyib: ‘‘Bu ilk gәmi idi.Bunun davamlı olması hәqiqәtәn vacibdir’’.

Malayziyanın paytaxtı Kuala Lumpurda sәfәrdә olan Mövlud Çavuşoğlu Malayziyanın xarici işlər naziri Seyfəddin Abdulla ilə keçirdiyi görüşdәn sonra parlament binasında təşkil edilən birgә mətbuat konfransında çıxış edib.

Mövlud Çavuşoğlu İstanbulda imzalanan taxıl sazişinin təfərrüatları ilә bağlı mәlumat verib.

Mövlud Çavuşoğlu qeyd edib ki, İstanbulda Birgә  Koordinasiya Mərkəzinin yaradılmasından sonra ilk gəmi Ukraynanın Odessa limanından yola düşüb və İstanbul sahillərində birgə yoxlamalar aparıldıqdan sonra Livana doğru hərəkət edib.

“Bu, ilk gəmi idi. Bunun davamlı olması həqiqətən vacibdir. Bu müqavilənin müddəti 4 aydır. Etiraz olmayacağı tәqdirdә 3-4 aydan sonra müqavilә avtomatik olaraq uzadılacaq. Bunun müqabilində Rusiya da öz taxılını və ona aid məhsullarını, o cümlədən gübrələri ixrac edə biləcək. Bu da müqavilәnin bir hissәsidir’’,-deyә Mövlud Çavuşoğlu qeyd edib.

Bunun hər iki ölkənin ticarətini asanlaşdırdığını deyən nazir Mövlud Çavuşoğlu Ukraynada müharibənin davam etdiyini vә bu sәbәbdәn hər kəsin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmәsinin әhәmiyyәtini vurğulayıb.

Türkiyənin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri davamlı atəşkəsin tәmin edilmәsi üçün ciddi sәylәr göstәrdiyini ifadә edәn Mövlud Çavuşoğlu taxıl sazişinin hərtərəfli atəşkəs və sülh planının təməlini təşkil edə biləcəyini bildirib.

Qeyd edәk ki, Mövlud Çavuşoğlu Malayziyanın baş naziri İsmayıl Sabri Yakupla da görüşüb.

Bu barәdә Mövlud Çavuşoğlu rәsmi internet sәhifәsindә paylaşım edib.

"Strateji tərəfdaşımız Malayziyanın Baş naziri İsmail Sabri Yakup ilə görüşdük. Keçən ay ölkəmizə səfəri zamanı verdiyimiz qərarları nәzәrdәn keçirdik’’,-deyә Mövlud Çavuşoğlu söylәyib.

Mövlud Çavuşoğlu hәmçinin Malayziyanın müdafiə naziri Hişamuddin Hüseynlə də görüşüb.

Görüşlә bağlı paylaşım edәn Mövlud Çavuşoğlu deyib: "Malayziyanın müdafiə naziri ilə görüşdük. Müdafiə sənayesi sahəsində əməkdaşlığımızı güclәndirmәk üçün qarşıdakı dövrdə atacağımız addımları müzakirə etdik".



Әlaqәli Xәbәrlәr