Bəkir Bozdağ: "İsveç və Finlandiya terroçularla bağlı cavabı hələ də verməyib"

Ədliyyə naziri Bəkir Bozdağ Türkiyənin İsveç və Finlandiyadan tələb etdiyi terroçularla bağlı cavabın hələ də verilmədiyini bildirib.

1863383
Bəkir Bozdağ: "İsveç və Finlandiya terroçularla bağlı cavabı hələ də verməyib"

Ədliyyə naziri Bəkir Bozdağ Türkiyənin İsveç və Finlandiyadan tələb etdiyi terroçularla bağlı cavabın hələ də verilmədiyini bildirib.

Gündəmlə bağlı qəzetlərdən birinə açıqlama verən Bəkir Bozdağ İsveç və Finlandiyanın NATO üzvlüyünü qəbul edilməsi üçün Türkiyəyə verdikləri vədləri hələ də yerinə yetirmədiklərini, 33 terrorçunun ekstradisiya tələbləri ilə bağlı heç bir addım atılmadığını qeyd edib.

Bozdağ deyib ki, Türkiyənin daha əvvəl də ümumilikdə 33 terrorçu ilə bağlı tələbi var idi. Bu tələblərin bir qismini yenilədik, yenilərini də onlara çatdırdıq, lakin indiyədək heç bir rəsmi cavab almamışıq. Ona görə də bu prosesdə İsveç və Finlandiya hökumətlərini izləyəcəyik. Vədlərini yerinə yetirsələr, əladır.İsveç və Finlandiya, Almaniya və Fransa həm PKK-nın, həm də FETÖ-nün məskunlaşdığı yerlərdir. Bir tərəfdən polisin nəzarəti altında bütün fəaliyyətlərini təhlükəsiz şəkildə həyata keçirmələrinə icazə verirlər. Digər tərəfdən, onlar terrorçuların cəlb edilməsinə və təlim keçmələrinə göz yumurlar. Digər tərəfdən isə çoxlu dəstək, o cümlədən çoxlu silahlar verirlər. İsveç və Finlandiya hökumətləri NATO-ya üzvlüklə bağlı verdikləri vədləri yerinə yetirsələr, Türkiyə prosesin tamamlanması üçün vədini yerinə yetirərək lazım olan addımı atacaq, amma yerinə yetirməyəcəkləri təqdirdə Türkiyə lazımi addımı bu mövzuda verdiyi sözə yenə əməl edəcək və lazımi addımı atmayacaq.



Әlaqәli Xәbәrlәr