Türkiyə ilə Bolqarıstan arasındakı əlaqələrdə yeni dövr başlayır

Daxili işlər naziri Süleyman Soylu Bolqarıstanın daxili işlər naziri Boyko Raşkov arasında telefon danışığı olub.

1861244
Türkiyə ilə Bolqarıstan arasındakı əlaqələrdə yeni dövr başlayır

TRT xəbər verir ki, iki həmkar arasında baş tutan telefon danışığına dair nazirlikdən açıqlama verilib. Bildirilir ki, Soylu və Raşkov görüş zamanı yeni sərhəd qapısının açılması, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və sərhəd təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

Süleyman Soylu görüş zamanı iki ölkənin daxili işlər nazirlikləri arasında artaraq davam edən danışıqların və təmasların əməkdaşlıq fəaliyyətlərinə və səmimi dialoqa töhfə verdiyinə diqqət çəkib.

Nazirliyin açıqlamasında həmçinin qeyd edilib ki, danışıq zamanı iki ölkənin daxili işlər nazirlikləri arasında birgə mexanizm iclasının keçirilməsi barədə razılıq əldə edilib.



Әlaqәli Xәbәrlәr