Hulusi Akar taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzinin açılışında çıxış edib

Ukraynadan taxıl məhsullarının təhlükəsiz daşınması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzinin rəsmi açılışı olub.

1860297
Hulusi Akar taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzinin açılışında çıxış edib

Ukraynadan taxıl məhsullarının təhlükəsiz daşınması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzinin rəsmi açılışı olub.

Açılışda çıxış edən Türkiyәnin milli müdafiә naziri Hulusi Akar deyib: "İnanırıq ki, bununla bağlı göstәrilәn sәylәr  bütün dünyaya təsir edәn ərzaq böhranının aradan qaldırılmasına, xüsusilə qiymətlərin aşağı salınmasına töhfə verəcək".

Hulusi Akar bildirib ki, dəhliz 25 milyon tondan çox taxılın təhlükəsiz daşınması üçün vacibdir. Mərkəzin vəzifəsi Ukraynadan ixrac edilәcәk taxıl vә buna bәnzәr әrzaq mәhsullarının Odessa, Çernomorsk və Yujni limanlarından təhlükəsiz şәkildә daşınmasını təmin etməkdir.

Hulusi Akar qeyd edib ki, mərkəz ticarət gəmilərinin qeydiyyatını aparacaq və onların marşrut üzrə hərəkət etmələrini peyk vasitəsi ilə izləyəcək.

Hulusi Akar hәmçinin vurğulayıb ki, gəmilər Ukrayna limanlarında yükləndikdən  və Türkiyə limanlarına çatdıqdan sonra uyğun hesab edilən yerlərdə müştərək yoxlama qrupları tərəfindən yoxlanılacaq.

"Minaların təmizlənməsinə ehtiyac olarsa, tərəflərin razılığı ilə planlama aparılacaq. Lakin indiki mərhələdə buna ehtiyac yoxdur",-deyә Türkiyәnin Milli Müdafiә Nazirliyi bildirib.

Hulusi Akar çıxışında bu mərkəzin qida böhranının qarşısının alınmasına, Afrikadan Avropaya və Türkiyəyə qeyri-qanuni miqrasiyanın qarşısının alınmasına da töhfə verəcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr