“Dünyaya müjdə verəcəyik”, R.T.Ərdoğan

İstanbulda keçirilən bir açılış mərasimindəki çıxışında Ərdoğan bildirib ki...

1858324
“Dünyaya müjdə verəcəyik”, R.T.Ərdoğan

 

  Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 22-də keçiriləcək “Taxılın sövq edilməsi müqaviləsi”nin (Tahıl Sevkiyatı Anlaşması) imzalanma mərasimi ilə bağlı “Taxıl məsələsi ilə bağlı problemləri aradan qaldıraraq imzalar atılacaq və bu imzalarla dünyaya müjdə verəcəyik” dedi.

  İstanbulda keçirilən bir açılış mərasimindəki çıxışında Ərdoğan bildirib ki, BMT, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatı dəhlizi ilə bağlı sıxıntıları aşaraq imzalar atacaq və bütün dünyaya müjdə verəcəklər.

  Xatırladaq ki, İstanbulda iyulun 22-si Türkiyə vaxtı ilə saat 16.30-da Türkiyə, Ukrayna və Rusiya tərəfləri BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə taxılın sövq edilməsi sazişinin imzalanma mərasimi keçiriləcək.



Әlaqәli Xәbәrlәr