“Suriya xalqına ediləcək ən böyük yaxşılıq budur…” R.T.Ərdoğan

Türkiyə-İran-Rusiya üçtərəfli zirvə toplantısının açılışındakı çıxışında R.T.Ərdoğan deyib...

1856974
“Suriya xalqına ediləcək ən böyük yaxşılıq budur…” R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Tel Rifat və Münbiç terror yuvasına çevrilib. Terror təşkilatının gizləndiyi bu yerləri təmizləməyin vaxtı çatıb” dedi.

  Türkiyə-İran-Rusiya üçtərəfli zirvə toplantısının açılışındakı çıxışında R.T.Ərdoğan deyib: “Biz milli təhlükəsizliyimizə təhdid olan şər mərkəzlərini Suriyadan çıxarmaqda qərarlıyıq.

  Aydın şəkildə başa düşmək lazımdır ki, bölgəmizin gələcəyində separatçı terrorizmə və onun genişlənməsinə yer yoxdur.

  Qanlı terror təşkilatlarına qarşı barışmaz mübarizəni qarşıdakı dövrdə də davam etdirəcəyik.

  Tel Rifat və Münbiç terror yuvalarını təmizləməyin vaxtı çatıb.

  Suriya xalqına ediləcək ən böyük yaxşılıq terror təşkilatlarının işğal olunmuş torpaqlardan çıxarılmasıdır. Rusiya və İrandan gözləntimiz bu mübarizədə Türkiyəyə dəstək vermələridir”.



Әlaqәli Xәbәrlәr