Türkiyə ilə Vyetnam aviaşirkətləri arasında əməkdaşlıq başladı

Türkiyə Hava Yolları (THY) ilə Vyetnam aviaşirkəti arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalandı

1856645
Türkiyə ilə Vyetnam aviaşirkətləri arasında əməkdaşlıq başladı

 

  Türkiyə Hava Yolları (THY) ilə Vyetnam aviaşirkəti arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalandı.

  "TRT Haber" xəbər verir ki, bu barədə THY Mətbuat Xidmətindən məlumat yayılıb. Bildirilib ki THY ilə Vyetnam aviaşirkəti arasında iyulun 18-də İngiltərədə başlayan Farnborouq Aviasiya Sərgisində ikitərəfli əlaqələrin gücləndirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb. Açıqlamada qeyd edilib ki, imzalanan razılaşma ölkələr arasında müvafiq əlaqələrin yaranmasına töhfə verəcək, Vyetnam, Türkiyə, Avropa və Yaxın Şərq regionları arasında iqtisadi, mədəni və sosial əlaqələri irəli pillələrə daşıyacaq.

  Müqaviləyə əsasən, iki ölkənin aviaşirkətləri Hanoi/Ho Chi Minh City - İstanbul arasındakı reyslərdə "codeshare" tərəfdaşlığına dair lazımlı addımları ataraq sərnişin və yük nəqliyyatı sahəsindəki mövcud əməkdaşlığı genişləndirəcəklər. Beləcə, sərnişinlər hər iki hava yolunun şəbəkələrində yeni alternativ imkanlara sahib olacaqlar. Bundan əlavə, 2023-cü ildə qüvvəyə minməsi gözlənilən "codeshare" tərəfdaşlığının yük daşımaları sahəsində daha çox əməkdaşlıq imkanları yaradması gözlənilir.



Әlaqәli Xәbәrlәr