“Türkiyədə koronavirusla bağlı təşvişə ehtiyac yoxdur”, F.Koca

Vətəndaşların Türkiyə istehsalı olan TURKOVAC vaksini ilə peyvəndlənməsini məsləhət görən nazir yaşı 50-dən yuxarı, xroniki və əlavə xəstəlikləri olanların əhalinin sıx olduğu yerlərdə maska taxmalarını tövsiyə edib

1856680
“Türkiyədə koronavirusla bağlı təşvişə ehtiyac yoxdur”, F.Koca

 

  “Türkiyədə koronavirusla bağlı yeni reanimasiya şöbələrinin açılması kimi bir vəziyyət yoxdur. Təşvişə də ehtiyac yoxdur. İndi hamımız harada maska taxacağımızı və özümüzü harada qoruyacağımızı bilirik. Yenidən məhdudiyyətlər və ya buna bənzər bir vəziyyət olmayacaq. Peyvəndimiz var, dərmanımız var, tədbirləri də davam etdiririk”. Bu sözləri Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca ölkədə “Covid-19”a yoluxanların sayının artması ilə bağlı açıqlamasında bildirib.

  Hazırda ölkədə yoluxanların sayının gündəlik 40 dəfəyədək artdığını deyən nazir xəstəxanalara müraciət edənlərin sayının da üç dəfə çoxaldığını söyləyib.

  Fəxrəddin Koca bildirib: “Bu mənada Türkiyənin ciddi xəstəxana yükü yoxdur. Reanimasiya şöbələrində bu artımların əhəmiyyətli və ciddi dərəcədə olmadığını görürük. Artım eyni tempdə deyil”.

  Vətəndaşların Türkiyə istehsalı olan TURKOVAC vaksini ilə peyvəndlənməsini məsləhət görən nazir yaşı 50-dən yuxarı, xroniki və əlavə xəstəlikləri olanların əhalinin sıx olduğu yerlərdə maska taxmalarını tövsiyə edib.



Әlaqәli Xәbәrlәr