“Dünyanın ən yaxşı 10 beynəlxalq hava limanı”ndan ikincisi - İstanbul Hava Limanı

stanbul Hava Limanı operatoru İGA-nın verdiyi məlumata görə...

1855271
“Dünyanın ən yaxşı 10 beynəlxalq hava limanı”ndan ikincisi - İstanbul Hava Limanı

 

  İstanbul Hava Limanı məşhur “Travel and Leisure” jurnalının “The 10 Best İnternational Airport” sorğusunda “Dünyanın ən yaxşı 10 beynəlxalq hava limanı” arasında yer alıb.

  İstanbul Hava Limanı operatoru İGA-nın verdiyi məlumata görə, ABŞ-ın Nyu-York mərkəzli səyahət jurnalı “Travel and Leisure” tərəfindən hər il təşkil edilən "Dünyanın ən yaxşı 10 beynəlxalq hava limanı" sorğusunun nəticələri açıqlanıb: İstanbul Hava Limanı Hamad, İncheon, Dubay, Honq Konq, Sürix, Abu Dabi, Haneda və Kopenhagen kimi dünyanın aparıcı hava limanlarını geridə qoyaraq Sinqapur Çanqi Hava Limanından sonra ikinci yerdə qərarlaşıb.

  Jurnal oxucularının iştirak etdiyi səsvermə oktyabrın 25-də başlayıb, fevralın 28-də başa çatıb. Siyahıda 94,06 xalla ikinci olan İstanbul Hava Limanı səs nisbətini artıraraq Sinqapur Çanqi Hava Limanından sonra olub.

  Qeyd edək ki, “Travel and Leisure” jurnalının oxucuları “Dünyanın ən yaxşı 10 beynəlxalq hava limanı”nı giriş, qeydiyyat, təhlükəsizlik, qida və içki sahələri, alış-veriş və dizayn baxımından qiymətləndirərək müəyyənləşdirirlər.



Әlaqәli Xәbәrlәr