Türkiyə AŞPA-ya Şengen vizası ilə bağlı yaşanan problemlərə görə reaksiya verib

AŞPA-nın Türkiyə Qrupunun üzvü Ziya Altunyaldız Türkiyə vətəndaşlarının Avropa İttifaqına (Aİ) üzv dövlətlərə daxil olarkən yaşadıqları problemləri məruzə edərək, AŞPA-ya təqdim edib.

1852746
Türkiyə AŞPA-ya Şengen vizası ilə bağlı yaşanan problemlərə görə reaksiya verib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə Qrupunun üzvü Ziya Altunyaldız Türkiyə vətəndaşlarının Avropa İttifaqına (Aİ) üzv dövlətlərə daxil olarkən yaşadıqları problemləri məruzə edərək, AŞPA-ya təqdim edib.

Ziya Altunyaldız “Avropa Şurasına üzv dövlətlərin siyasi motivli sanksiya kimi Şengen informasiya sistemindən sui-istifadəsi” adlı hesabat hazırlayıb.

Altunyaldızın hesabatı AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komissiyasının iyunun son həftəsində keçirilən iclasında qəbul edilib.

AŞPA-nın son iclasında hesabatla bağlı məlumat təqdim edən Altunyaldız Avropa İnsan Haqları Konvensiyasına əsasən səyahət azadlığının təmin edildiyini xatırladıb.

Əhalisinə nisbətdə ən çox Şengen vizası müraciəti edən ölkənin Türkiyənin olduğuna diqqət çəkən Altunyaldız türk iş adamlarının Şengen vizası ilə bağlı yaşadığı problemləri də çatdırıb.

Altunyaldız Türkiyə vətəndaşlarının viza prosesləri ilə bağlı lazımsız və çoxlu sənəd tələbinin vaxt itkisinə və maddi itkilərə səbəb olduğunu vurğulayıb.

Ziya Altunyaldız məruzəsində AŞPA və Avropa İttifaqına üzv dövlətləri Şengen qiymətləndirmə mexanizminin yenidən nəzərdən keçirilməsini ən qısa zamanda yekunlaşdırmağa və Şengen İnformasiya Sisteminin fəaliyyətindəki çatışmazlıqların qarşısının alınmasının yollarını araşdırmağa dəvət edib.

Altunyaldızın hesabatının payız semestrində (sentyabr-dekabr) AŞPA Baş Assambleyasına təqdim edilərək Avropa Şurasına üzv dövlətlərə tövsiyə xarakterli olacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr