Türkiyə Özbəkistana çağırış edib

Xarici İşlər Nazirliyi Özbəkistanın Qaraqalpaqıstan Respublikasında baş verənləri yaxından izlədiyini bildirib.

1851825
Türkiyə Özbəkistana çağırış edib

Xarici İşlər Nazirliyi Özbəkistanın Qaraqalpaqıstan Respublikasında baş verənləri yaxından izlədiyini bildirib.

Xarici İşlər Nazirliyinin mövzuyla bağlı verdiyi açıqlamada deliyib:

"Biz ümumi sivilizasiyaya, mədəniyyətə və tarixi bağlara malik olduğumuz strateji tərəfdaşımız, dost və qardaş Özbəkistanın sabitliyinə və firavanlığına böyük əhəmiyyət veririk. Tam əminik ki, Özbəkistan hakimiyyəti və xalqı baş verənləri sağlam düşüncə ilə, sülh və əmin-amanlıq şəraitində həll edəcək. Hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik".

Qeyd edək ki, iyulun 1-dən etibarən Qaraqalpaqda kütləvi etirazlar keçirilir. Buna səbəb kimi Konstitusiyaya əlavə və dəyişikliklərin yanlış şərh edilməsi göstərilir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə nümayişlərin davam etdiyi Nukus şəhərinə gedərək vətəndaşlarla görüşüb və Qaraqalpaqıstanın statusunun dəyişdirilməyəcəyini açıqlayıb.

Nümayişlər davam edərkən, Mirziyoyevin imzaladığı fərmanla avqustun 2-dək Qaraqalpaqıstan Muxtar Respublikasında fövqəladə vəziyyət elan edilib.

Özbəkistan Baş Prokurorluğu 18 nəfərin öldüyünü, 243 nəfərin yaralandığını, 516 nəfərin saxlandığını açıqlayıb.

 



Әlaqәli Xәbәrlәr