Türkiyə Xarici İşlər Nazirliyi Ukrayna ilə bağlı çağırış etdi

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda bildirilir...

1848860
Türkiyə Xarici İşlər Nazirliyi Ukrayna ilə bağlı çağırış etdi

 

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda bildirilir: “Ukraynanın Kremençuk şəhərində bir ticarət mərkəzinin Rusiya raketləri ilə vurulması nəticəsində çox sayda mülki vətəndaşın həyatını itirməsi və yaralanması xəbərini böyük kədər hissi ilə qarşıladıq.

  Son vaxtlar Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Kiyevdə mülki yaşayış məntəqələrini hədəfə alan bu cür hücumlar ölkədəki müharibənin vəhşiliyini bir daha ortaya qoyur və sülhə təcili ehtiyac var. Bununla bağlı biz bu dağıdıcı müharibəni mümkün qədər tez dayandırmağa və diplomatik həlli prioritetləşdirməyə çağırışımızı bir daha təkrar edirik”.



Әlaqәli Xәbәrlәr