Ərdoğan və Bayden arasında telefon danışığı olub

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, görüşdə Türkiyə-ABŞ münasibətləri və regional məsələlər müzakirə edilib.

1849220

Prezident Ərdoğan və ABŞ Prezidenti Bayden İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Toplantısı öncəsi zirvə gündəmini də dəyərləndiriblər.

Prezident Ərdoğan Madridə yola düşməzdən əvvəl hava limanında verdiyi açıqlamada bu gün səhər ABŞ prezidenti ilə telefonla danışdığını, Baydenin bu axşam və ya sabah yenidən görüşmək arzusunu ifadə etdiyini və özünün də "ola bilər" cavabını verdiyini söyləyib. 

Ağ Evdən verilən açıqlamada Co Baydenin NATO sammitində Prezident Ərdoğanla da görüşəcəyi bildirilib.

Әlaqәli Xәbәrlәr