Prezident Ərdoğan Madridə yola düşür

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 28-30 tarixlərində İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Sammitində iştirak etmək üçün ayın 28-də İspaniyaya gedir

1848893
Prezident Ərdoğan Madridə yola düşür

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 28-30 tarixlərində İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Sammitində iştirak etmək üçün ayın 28-də İspaniyaya gedir.

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, sammitdə Avro-Atlantik Alyansı təhlükəsizliyinə qarşı təhdid və təhriklər qarşısında strateji səviyyədə fikir mübadiləsi aparılacaq, Rusiya-Ukrayna müharibəsinin ittifaqa təsiri mövzuları qiymətləndiriləcək və bu çərçivədə NATO-nun çəkindirmə və müdafiə strukturuna baxılacaq.

  NATO-nun gələcək fəaliyyətlərinə istiqamət verəcək Strateji Konsepsiyanın təsdiqi də gündəmdə olacaq.

  Prezident R.T.Ərdoğan sammit çərçivəsində müttəfiq və tərəfdaş ölkə başçıları ilə həm də təkbətək görüşəcək.



Әlaqәli Xәbәrlәr