Türkiyә hәrbçilәri bir tәhlükәli terrorçunu da zәrәrsizlәşdirdi

Türkiyәnin Siirt şәhәrindә hәyata keçirilәn ‘‘Eren Abluka-17’’ әmәliyyatı nәticәsindә iki PKK terrorçusu zәrәrsizlәşdirilib.

1847756
Türkiyә hәrbçilәri bir tәhlükәli terrorçunu da zәrәrsizlәşdirdi

Türkiyәnin Siirt şәhәrindә hәyata keçirilәn ‘‘Eren Abluka-17’’ әmәliyyatı nәticәsindә iki PKK terrorçusu zәrәrsizlәşdirilib.

Mәlumata әsasәn, Siirtin Perivari Yazlıca dağı bölgәsindәki terrorçulara qarşı әmәliyyat hәyata keçirilib. Әmәliyyat zamanı zәrәrsizlәşdirilәn terrorçulardan birinin Daxili İşlәr Nazirliyinin tәhlükәsi terrorçular siyahısında olduğu bildirilib.

Hәmin terrorçunun Botan Әyalәti bölgәsindә ‘‘mәsul’’ sәviyyәdә fәaliyyәt göstәrәn vә 500 min lirә mükâfatla ‘‘boz’’ kateqoriyada axtarış siyahısına daxil edilәn ‘‘Arin’’ lәqәbli Şükran Alp olduğu açıqlanıb.

Bu arada terror tәşkilatı PKK-nın dırnaqarası başçısı Delal Azizoğlu Milli Kәşfiyyat Tәşkilatının İraqın Süleymaniyә şәhәrindә hәyata keçirdiyi әmәliyyat nәticәsindә zәrәrsizlәşdirilib.

Xatırladaq ki, Milli Kәşfiyyat Tәşkilatı bir neçә gün әvvәl dә PKK-nın dırnaqarası başçısı Hüseyn Şiblini İraqın Süleymaniyә şәhәrindә zәrәrsizlәşdirmişdi.



Әlaqәli Xәbәrlәr