İngiltərə müdafiə naziri Türkiyəyə gəlir

İngiltərənin müdafiə naziri Ben Uolles iyunun 23-də Türkiyəyə rəsmi səfərə gələcək.

1846933
İngiltərə müdafiə naziri Türkiyəyə gəlir

İngiltərənin müdafiə naziri Ben Uolles iyunun 23-də Türkiyəyə rəsmi səfərə gələcək.

Milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə paytaxt Ankaraya gələcək Uolles Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılanacaq.

Uolles və Akar təkbətək görüşəcək və nümayəndə heyətləri arasında keçiriləcək görüşlərə rəhbərlik edəcəklər.

Görüşlərdə ikitərəfli və regional müdafiə təhlükəsizliyi və müdafiə sənayesi sahəsində əməkdaşlıq, xüsusilə Ukraynadakı hadisələrin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, milli müdafiə naziri Akar və İngiltərə müdafiə naziri Uolles iyunun 15-də Belçikanın paytaxtı Brüsseldə NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində bir araya gəlib və Ukraynanın müdafiə naziri Oleksii Reznikovun iştirakı ilə üçtərəfli görüş keçirilib.



Әlaqәli Xәbәrlәr