Türkiyə Hava Yolları İATA-dan “Ən yüksək səviyyə” sertifikatını aldı

Bayraqdaşıyıcı aviaşirkət bu sertifikatı birbaşa alan ilk aviaşirkət kimi ekoloji əməliyyatlarda səmanın bələdçisi olduğunu sübut etib

1846392
Türkiyə Hava Yolları İATA-dan “Ən yüksək səviyyə” sertifikatını aldı

 

  Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) “Ətraf mühitin qiymətləndirilməsi” proqramına əsasən, Türkiyə Hava Yolları (THY) “Ən yüksək səviyyə” sertifikatı alıb.

  THY hava yolları şirkətlərinin fəaliyyətini ekoloji cəhətdən müstəqil şəkildə qiymətləndirmək və təkmilləşdirmək üçün nəzərdə tutulmuş ekoloji idarəetmə və qiymətləndirmə sistemi olan İATA İEnvA (Environmental Assessment - ətraf mühitin qiymətləndirilməsi) proqramında ən yüksək səviyyəli (Mərhələ 2) sertifikatını qazanıb.

  Bayraqdaşıyıcı aviaşirkət bu sertifikatı birbaşa alan ilk aviaşirkət kimi ekoloji əməliyyatlarda səmanın bələdçisi olduğunu sübut etib.

  Qətərin paytaxtı Dohada keçirilən İATA İllik Ümumi Yığıncağı və Dünya Hava Nəqliyyatı Sammitində THY adından sertifikatı İdarə Heyəti və İcraiyyə Komitəsinin sədri Əhməd Bolat alıb.



Әlaqәli Xәbәrlәr