İstanbulda keçirilən Qlobal Parlament Konfransı işini davam etdirir

TBMM və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı əsasında iyunun 20-də İstanbulda açılışı olan Qlobal Parlament Konfransı işini davam etdirir.

1846125
İstanbulda keçirilən Qlobal Parlament Konfransı işini davam etdirir

Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı əsasında iyunun 20-də İstanbulda açılışı olan Qlobal Parlament Konfransı işini davam etdirir.

İyunun 21-də konfrans “Miqrasiya məsələsində məsuliyyət və yükün ədalətli paylanması” mövzusunda sessiya ilə start götürüb.

Bu gün ümumilikdə 3 sessiya üzrə müzakirələr aparılandan sonra bağlanış mərasimi olacaq.

Bağlanış mərasimində Qlobal Parlament Konfransın yekunları ilə bağlı dəyərləndirmədən sonra Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop çıxış edəcək.

Qeyd edək ki, Qlobal Parlament Konfransında ümumilikdə 54 ölkədən parlament təmsilçiləri müasir dünyanın ən böyük problemlərindən olan qaçqınlar və məcburi miqrasiya ilə bağı böhran vəziyyətini müzakirə edirlər.



Әlaqәli Xәbәrlәr