İsrailin xarici işlər naziri Türkiyəyə səfər edəcək

İsrailin xarici işlər naziri Yair Lapid iyunun 23-də Türkiyəyə səfər edəcək.

1845440
İsrailin xarici işlər naziri Türkiyəyə səfər edəcək

İsrailin xarici işlər naziri Yair Lapid iyunun 23-də Türkiyəyə səfər edəcək.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsrailin xarici işlər naziri Yair Lapidin iyunun 23-də Türkiyəyə gələcəyi bildirilib.

Bəyanatda səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirə ediləcəyi qeyd edilib.

Xatırladaq ki, xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 24-25-də Fələstin və İsrailə ikigünlük səfər edib.



Әlaqәli Xәbәrlәr