Türkiyə xarici işlər nazirinin Bosniya Herseqovina görüşləri

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bosniya Herseqovinaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib

1845253
Türkiyə xarici işlər nazirinin Bosniya Herseqovina görüşləri

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bosniya Herseqovinaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

  M.Çavuşoğlu bosniya və herseqovinalı həmkarı xanım Bisera Turkoviçlə, Bosniya Herseqovinanın Rəyasət Heyətinin xorvat əsilli üzvü Zeljko Komsiclə, Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə, Bosniya Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçlə görüşüb.

  Görüşlərdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olunub, Türkiyənin Bosniya Herseqovinanın ərazi bütövlüyü, suverenliyi və sabitliyinə dəstəyinin davam edəcəyi bildirilib.

  Yerli mətbuata açıqlama verən Zeljko Komsic və Şefik Caferoviç Türkiyənin xarici işlər nazirinin Bosniya Herseqovina səfərindən məmnun olduqlarını deyiblər.

 



Әlaqәli Xәbәrlәr