Şimali Makedoniyaya sәfәr edәn Mövlud Çavuşoğlu ikitәrәfli görüşlәr keçirib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Şimali Makedoniyada görüşlәr keçirib.

1844873
Şimali Makedoniyaya sәfәr edәn Mövlud Çavuşoğlu ikitәrәfli görüşlәr keçirib
karadag basbakan yardimcisi ve sermaye yatirimlari bakani ervin ibrahimovic.jpg
karadag basbakan yardımcisi, sermaye yatirimlari bakani ve bosnak partisi baskani ibrahimovic.jpg
ilhan kucuk.jpg
hirvatistan cumhurbaskani milanovic.jpg
avusturya disisleri bakani schallenberg.jpg

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Şimali Makedoniyada görüşlәr keçirib.

Mövlud Çavuşoğlu  sәfәr çәrçivәsindә Şimali Makedoniyanın Ohrid şəhərində keçirilən Prespa Dialoq Forumunda iştirak edib.

Xarici işlər naziri  Avropa Parlamentinin (AP) üzvü və Avropa Liberallarının həmsədri İlhan Küçük Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ilə ikitərəfli görüşlər keçirib.

Xorvatiya prezidenti Zoran Milanoviçlə də görüşən Çavuşoğlu Türkiyə-Xorvatiya münasibətlərini, Bosniya vә Herseqovinadakı vəziyyəti və 24 fevraldan bəri Rusiyanın hücumuna məruz qalan Ukraynadakı son hadisələri qiymətləndirib.

Mövlud Çavuşoğlu forum çərçivəsində  Monteneqronun baş nazirinin müavini və investisiya naziri Ervin İbrahimoviç ilə də görüşüb.

Türkiyə ictimaiyyətinin nümayəndələri ilə də görüşən Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә etdiyi paylaşımda bu ifadәlәrә yer verib: “Şimali Makedoniyanın mədəni və iqtisadi zənginliyinə mühüm töhfələr vermiş Türk Birliyinin nümayəndələri ilə bir araya gəldik. Biz hər zaman ölkələrimiz arasında dostluq körpüsü olan soydaşlarımızın yanında olacağıq”.



Әlaqәli Xәbәrlәr