Mövlud Çavuşoğlu: ‘‘İsveç vә Finlandiyanın göndәrdiyi sәnәdlәr gözlәntilәrimizә cavab vermir’’

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya qәbulu ilә bağlı Türkiyəyə göndərdiyi sənədlərin gözləntilərә cavab vermәdiyini onlara və NATO-ya çatdırdıqlarını bildirib.

1844141
Mövlud Çavuşoğlu: ‘‘İsveç vә Finlandiyanın göndәrdiyi sәnәdlәr gözlәntilәrimizә cavab vermir’’

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya qәbulu ilә bağlı Türkiyəyə göndərdiyi sənədlərin gözləntilərә cavab vermәdiyini onlara və NATO-ya çatdırdıqlarını bildirib.

Mövlud Çavuşoğlu Norveçin xarici işlər naziri Anniken Huitfeldt və İrlandiyanın xarici işlər və müdafiə naziri Saymon Koveni ilə keçirdiyi görüşdәn sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.

Türkiyənin nә vaxta  qәdәr İsveç və Finlandiyanın NATO-ya qәbulu ilә bağlı mövqeyini davam etdirәcәyi ilә bağlı sualı cavablandıran Mövlud Çavuşoğlu bildirib ki, bu hәmin ölkәlәrin Türkiyәyә verәcәyi cavabdan asılıdır.

Mövlud Çavuşoğlu Türkiyənin bu mövzuda gözləntilərini və narahatlıqlarını həm NATO, həm də İsveç və Finlandiyaya açıq və yazılı şəkildə çatdırdığını bildirib.

Türkiyənin NATO-nun açıq qapı siyasətini güclü şəkildə dəstəkləyən ölkələrdən biri olduğuna diqqət çəkən  Mövlud Çavuşoğlu deyib: “Hazırda biz bu iki ölkənin gözləntilərimizә necә vә nә vaxt cavab verәcәyinә dair razılığa gəlməliyik”.

NATO-nun vә İsveç baş naziri Maqdalena Anderssonun müşavirinin Türkiyәyә sənəd göndərdiyini ifadә edәn Mövlud Çavuşoğlu deyib:

‘‘Həm NATO-ya, həm də bu ölkələrə bizə göndərilən sənədlərin bizim gözləntilərimizә cavab vermәdiyini söylәmişik. Hazırda biz onlara öz cavabımızı göndәrәcәyik. Əgər danışıqlar üçün zәmin yaradılacaqsa bizim göndәrdiyimiz sәnәdә uyğun şәkildә olmasının vacibliyini NATO-nun Baş katibi Yens Stoltenberqә bildirdik. Nə vaxt sualına cavab vermək düzgün olmazdı. Top hazırda onların tərəfindədir. Bir daha xatırlatmaq istəyirəm ki, onlardan məktub deyil, yazılı cavab gözləyirik”.

 



Әlaqәli Xәbәrlәr