Hulusi Akar Brüsseldә sәfәrdәdir

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәrinin iclasına qatılmaq üçün Belçikanın paytaxtı Brüsselә sәfәr edib.

1843825
Hulusi Akar Brüsseldә sәfәrdәdir

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәrinin iclasına qatılmaq üçün Belçikanın paytaxtı Brüsselә sәfәr edib.

Hulusi Akar sәfәr çәrçivәsindә ilk olaraq Türkiyәnin NATO yanında Daimi Nümayәndәliyi ilә Türkiyәnin Hәrbi Nümayәndәliyinә baş çәkib. Burada çıxış edәn Hulusi Akar prezident Rәcәb Tayyib Әrdoğanın liderliyi ilә beynәlxalq alәmdә böyük gücә çevrilәn Türkiyәnin mühüm işlәr gördüyünü vә ciddi uğurlar qazandığını deyib.

Hulusi Akar bildirib ki, fәrqli faktorlara görә hәssas dövrdәn keçirik.

Türkiyәnin müdafiә naziri hәm Türkiyәnin müdafiә vә tәhlükәsizliyi, hәm dә alyansın fәaliyyәtlәri çәrçivәsindәki işlәrin daha hәssalıqla davam etdirilmәsinin әhәmiyyәtini vurğulayıb.

Qeyd edәk ki, Hulusi Akar NATO-nun mәnzil qәrargahında Ukrayna müdafiә naziri Oleksi Reznikovla qarşılaşıb. Hulusi Akar vә Oleksi Reznikov bir müddәt söhbәt edib.



Әlaqәli Xәbәrlәr