İraqın şimalında Türkiyə ordusunun iki əsgəri şəhid oldu

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib

1841665
İraqın şimalında Türkiyə ordusunun iki əsgəri şəhid oldu

 

  İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin (TSK) iki əsgəri şəhid olub. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

  Bildirilib ki, hadisə “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə terrorçular tərəfindən əvvəldən yerləşdirilən partlayıcı maddənin işə salınması nəticəsində baş verib. Yaralı əsgərlər dərhal xəstəxanaya çatdırılıblar.

  Nazirlik şəhidlərlə bağlı türk xalqına başsağlığı verib.



Әlaqәli Xәbәrlәr