Kerem Kınık:Türkiyә Qızıl Aypara Cәmiyyәti hәr il doqquz milyon insana humanitar yardım çatdırır

Türkiyә  Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık 80-dən çox ölkədə humanitar yardım fəaliyyətləri həyata keçirdiklərini və hər il təxminən 8,5-9 milyon insana yardım edildiyini bildirib.

1841420
Kerem Kınık:Türkiyә Qızıl Aypara Cәmiyyәti hәr il doqquz milyon insana humanitar yardım çatdırır

Türkiyә  Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık 80-dən çox ölkədə humanitar yardım fəaliyyətləri həyata keçirdiklərini və hər il təxminən 8,5-9 milyon insana yardım edildiyini bildirib.

Kınık Türkiyә Qızıl Aypara Cәmiyyәtinin qurulmasının 154-cü ildönümü münasibəti ilə verdiyi açıqlamada qurumun qurulduğu gündәn etibarәn Türkiyədə və dünyada ehtiyacı olan insanlara tamamilə könüllü olaraq xidmət etməyi hədəflədiyini söylәyib.

Kınık Türkiyә Qızıl Aypara Cəmiyyətinin Cümhuriyyətin qurulmasında, böyüməsində və inkişafında ciddi əməyi olduğunu ifadә edib. O, Türkiyә Qızıl Aypara Cәmiyyәtinin insanların çәkdiyi  əziyyəti yüngülləşdirməyə çalışan aparıcı aktorlardan biri olduğunu vurğulayıb.

Hər il 80-dən çox ölkədə birbaşa və dolayı şәkildә humanitar yardım fəaliyyətləri həyata keçirdiklərini ifadә edәn Kınık deyib: " Bu gün Türkiyә Qızıl Aypara Cəmiyyəti Qızıl Aypara Cәmiyyәti və Beynәlxalq Qızıl Xaç Komitәsinin  192 üzvü arasında yardımların çatdırıldığı xarici ölkələrin sayına görə birinci yerdədir. Türkiyә Qızıl Aypara Cәmiyyәti hər il təxminən 8,5-9 milyon insana humanitar yardım çatdırır’’.

Hәr gün  25-30 min insanın qaçqın vәziyyәtinә düşdüyünü vә evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığını ifadə edən Kınık onların sığınacaq tәlәb etdiyini bildirib.

“2018-ci ildə evlərini silah gücü ilә tərk etmәyә mәcbur olan insanların sayı 80 milyon idisə, bu gün Ukrayna böhranı ilə bu rəqəm 100 milyonu keçib”,-deyә Kerem Kınık qeyd edib.

Türk Qızıl Aypara Cəmiyyətinin 2022-ci ili “Həmrəylik ili” elan etdiyini qeyd edən Kınık çətin vəziyyətdə olan bir insana dəstək olmağın vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr