İstanbul "Avropanın ən yaxşı destinasiyası" mükafatına layiq görülüb

ABŞ-da İstanbul "Avropanın ən yaxşı destinasiyası" mükafatına layiq görülüb.

1840821
İstanbul "Avropanın ən yaxşı destinasiyası" mükafatına layiq görülüb
İstanbul Boğazı istanbul.jpg
İstanbul.jpg

ABŞ-da İstanbul "Avropanın ən yaxşı destinasiyası" mükafatına layiq görülüb.

ABŞ-ın aparıcı səyahət və turizm jurnallarından olan "Global Traveller Magazine" tərəfindən 10 ildir təşkil edilən "Best Leisure Lifestyle Awards" (Ən Yaxşı Asudə Həyat tərzi Mükafatları) çərçivəsində jurnal oxuçuları "2022-ci ildə vaxt keçirmək üçün ən yaxşı yer" olaraq İstanbulu seçiblər.

Nyu-Yorkdakı məşhur "Lotos Club"da keçirilən mükafatlandırma mərasimində İstanbulun ən çox səslə “Avropanın ən yaxşı destinasiyası” seçildiyi kateqoriyada ikinci yeri Lissabon, üçüncü yeri isə Krakov tutub.

Nyu-Yorkda yerləşən, yüksək gəlirli təbəqəyə xitab edən və xüsusilə mühüm hava yolu şirkətlərinin "lounge" bölmələrinə daxil olan jurnal çap və rəqəmsal olaraq milyonlarla oxucuya çatır.

Ənənəvi olaraq hər il keçirilən “2022 Leisure Lifestyle Awards” mükafatlandırma mərasimində İGA İstanbul Hava Limanı da “ən yaxşı tranzit hava limanı” və “ailə üçün ən yaxşı beynəlxalq hava limanı” mükafatlarına layiq görülüb.



Әlaqәli Xәbәrlәr