Ərdoğan: "NATO təhlükəsizlik təşkilatıdır və terroru dəstəkləməməlidir"

Prezident Rəcəb Tayyib Ərdoğan Venesuela prezidenti Nikolas Maduro ilə təkbətək və heyətlərarası görüşlər və müqavilələrin imzalanma mərasimindən sonra birgə mətbuat konfransı keçirib.

1840085
Ərdoğan: "NATO təhlükəsizlik təşkilatıdır və terroru dəstəkləməməlidir"

"Türkiyə hələ də İsveç və Finlandiyanın NATO-ya üzv olmasını dəstəkləmir".
Bunu prezident Rəcəb Tayyib Ərdoğan Venesuela prezidenti Nikolas Maduro ilə Prezident İqamətgahında təkbətək və heyətlərarası görüşlər və müqavilələrin imzalanma mərasimindən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Venesuela prezidenti Maduronu və nümayəndə heyətini Ankarada qəbul etməkdən məmnunluğunu ifadə edən Ərdoğan Venesuelanın Latın Amerikası və Karib hövzəsi regionunda Türkiyənin ən mühüm tərəfdaşlarından biri olduğunu bildirib.

Maduronun güclü və cəsarətli rəhbərliyinin Venesuelanın məruz qaldığı çoxşaxəli mühasirəni aşmaqda mühüm rol oynadığına diqqət çəkən Ərdoğan “Əziz dostum, Simon Bolivar və Huqo Çaves kimi o da ölkənin müstəqillik mübarizəsinə adını qızıl hərflərlə yazdırdı. Cənab Maduronun Fələstin məsələsində mövqeyi də təqdirəlayiqdir. Bu münasibətlə onu bir daha təbrik edirəm” deyib.
Jurnalistlərin suallarını cavablandıran prezident Ərdoğan "NATO üzvlüyü üçün müraciət edən və Türkiyənin dəstəyinə ehtiyacı olan İsveç və Finlandiya liderlərinin sizinlə görüş tələbi oldumu? Olacağı təqdirdə cavabınız nə olacaq?" sualına belə cavab verib:

"Əslində bu məsələ ilə bağlı çoxlu cavablar verdim. İsveçdən, Finlandiyadan nümayəndə heyətləri gəldi, burada bizim nümayəndə heyətləri ilə danışıqlar apardılar. Bunu çox yaxşı bilməliyik, NATO təhlükəsizlik təşkilatıdır. NATO terroru dəstəkləyən elə bir təşkilat deyiml. Hazırda İsveç məlumunuz olduğu kimi PKK,PYD/YPG kimi bütün terror təşkilatlarının olduğu bir ölkədir. Hətta bunların parlamentlərində belə terrorçular var və bu terrorçular bunların parlamentlərində olduğu müddətcə və Stokholm küçələrində terror təşkilatı liderlərinin plakatları ilə nümayişlər keçirirdikləri, İsveç televiziyası terror qruplaşmalarının liderləri ilə müsahibə yaydığı müddətcə biz onlara "NATO-ya xoş gəlmisiniz" deyə bilmərik. Eyni şey Finlandiyaya da aiddir".

Dövlət başçısı Türkiyənin Yunanıstan və Fransanın NATO üzvlüyü ilə bağlı İsveç və Finlandiya ilə bağlı yaşadıqlarını yaşamaq istəmədiyini də sözlərinə əlavə edib.

Venesuela prezidenti Maduro da bildirib ki, Türkiyənin böyük potensialı var və dünyada çox mühüm rol oynayır.

Türkiyənin böyük siyasi təsirə malik olduğunu bildirən Maduro "Biz bunu belə görürük, bu barədə düşündüyümüz budur deyə deyil, bundan başqa, bu bir reallıqdır. Türkiyənin çox əhəmiyyətli bir potensialı var. Yenidən qurulan dünya üçün böyük bir potensialdır" deyib.



Әlaqәli Xәbәrlәr