Rәcәb Tayyib Әrdoğan ''Efes-2022'' tәlimini izlәmәk üçün İzmirә sәfәr edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq hərbi təlimləri izləmək üçün İzmirin Seferihisar rayonuna  səfər edib.

1840625
Rәcәb Tayyib Әrdoğan ''Efes-2022'' tәlimini izlәmәk üçün İzmirә sәfәr edib

Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Yunanıstana bir əsr əvvəl olduğu kimi  təəssüflə nəticələnəcək xəyallardan və hərəkətlərdən uzaq durması ilә bağlı xәbәrdarlıq edirik’’.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq hərbi təlimləri izləmək üçün İzmirin Seferihisar rayonuna  səfər edib.

Tәlim çәrçivәsindә çıxış edәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Biz Türkiyә sәrhәdindәn 30 kilometr mәsafәdә tәhlükәsiz bölgә yaratmaq mәsәlәsindә qәtiyyәtliyik. Sәrhәdimizin yaxınlığında terror dәhlizinin yaradılmasına icazә vermәyәcәyik. Yunanıstanı qeyri-hərbi statusa malik  adaların silahlandırılmasını dayandırmağa və beynəlxalq razılaşmalara uyğun hərəkət etməyə dəvət edirik. Türkiyə heç kimin qanunlarını pozmur vә heç kimә dә öz qanunlarını pozmasına icazә vermәz. Yunanıstana bir əsr əvvəl olduğu kimi, təəssüflə nəticələnəcək xəyallardan və hərəkətlərdən uzaq durması ilә әlaqәdar xәbәrdarlıq edirik. Türkiyə Egeydәki hüquqlarından vaz keçmәyәcәk və adaların silahlanmasına dair beynəlxalq müqavilələrdə tanınan səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək’’.

Qeyd edәk ki, ‘‘Efes-2022’’ tәliminin ikinci hissәsi Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın iştirakı ilә başlayıb.

Mәlumata әsasәn, hәrbi tәlim İzmirin Seferihisar rayonunda Doğanbey təlim bölgəsində keçirilir.

Tәlimi Türkiyәnin milli müdafiə naziri Hulusi Akar ilә yanaşı 10-dan çox ölkәnin müdafiә naziri vә Baş Qәrargah rәislәri, hәmçinin Türkiyə Silahlı Qüvvələrinin yüksәk vәzifәli rәsmilәri izlәyib. Tәlim çәrçivәsindә müәyyәn edilәn hәdәflәr vurulub. Tәlimin ikinci hissәsi Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan tәlim sahәsinә gәldikdәn sonra başlayıb. Rәcәb Tayyib Әrdoğan tәlimi izlәyәn qonaq müdafiә nazirlәri vә Baş Qәrargah rәislәri ilә bir müddәt söhbәt edib.

Quru Qoşunları Komandanı, ordu generalı Musa Avseverin təlimlə bağlı verdiyi açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələri tərəfindən hədəflər vurulmağa başlanıb.

‘‘Efes-2022’’ tәlimi Milli Müdafiə Nazirliyi, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qərargahı, Quru Qoşunları, Hәrbi Dəniz və Hərbi Hava Qüvvələri, Jandarm Komandanlığı, Sahil Mühafizә Xidmәti, mülki ictimai qurum və təşkilatlarla yanaşı, ABŞ, Almaniya, Albaniya, Avstraliya, Azərbaycan, Bəhreyn, Banqladeş, Bosniya və Herseqovina, Burkina Faso, Çexiya, Efiopiya, Fransa, Qambiya, Gürcüstan, İraq, İngiltərə, İtaliya, Kamerun, Qətər, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Kosovo, Küveyt, Şimali Makedoniya, Latviya, Liviya, Macarıstan, Malayziya, Monqolustan, Nigeriya, Özbəkistan , Pakistan, Ruanda, Slovakiya, Somali və İordaniyadan 1100-ü əcnəbi olmaqla təxminən 11 min hәrbi personalın iştirakı ilә hәyata keçirilir.



Әlaqәli Xәbәrlәr