Mövlud Çavuşoğlu Çexiya Respublikasına sәfәr edәcәk

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu 10-11 iyun tarixlәrindә Çexiya Respublikasına sәfәr edәcәk.

1840645
Mövlud Çavuşoğlu Çexiya Respublikasına sәfәr edәcәk

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu 10-11 iyun tarixlәrindә Çexiya Respublikasına sәfәr edәcәk.

Bu barәdә Türkiyәnin Xarici İşlәr Nazirliyi mәlumat yayıb.

‘‘Cәnab nazirimiz çexiyalı hәmkarı Jan Lipavskinin dәvәti ilә 10-11 iyun tarixlәrindә Çexiya Respublikasına sәfәr edәcәk.Çexiya ilə ikitərəfli münasibətlərimizin hərtərəfli müzakirə olunacağı görüşlərdə Avropa İttifaqına üzvlük prosesimiz, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.’’,-deyә Türkiyәnin Xarici İşlәr Nazirliyi qeyd edib.

Mövlud Çavuşoğlunun  səfər çərçivəsində Nümayəndələr Palatasının sədri tərəfindən qəbul edilməsi  vә Çexiyada yaşayan Türkiyә vәtәndaşları ilә dә görüşü nəzərdə tutulub.

Nazir Çavuşoğlu 4-cü Asiya-Avropa Siyasi Forumunun açılışında məruzəçi qismindә çıxış edәcәk.



Әlaqәli Xәbәrlәr