Aydın və İzmir sahillərində 73 qanunsuz mühacir xilas edilib
Yunanıstan Sahil Mühafizə Xidməti tərəfindən Aydın və İzmir sahillərində Türkiyə ərazi sularına itələnən 73 qanunsuz mühacir xilas edilib.
Yunanıstan Sahil Mühafizə Xidməti tərəfindən Aydın və İzmir sahillərində Türkiyə ərazi sularına itələnən 73 qanunsuz mühacir xilas edilib.
Kuşadası sahillərində rezin qayıqda bir qrup qanunsuz mühacirin olduğu xəbərinə görə Sahil Təhlükəsizlik qrupları bölgəyə cəlb olunub.
Qruplar Yunanıstan Sahil Mühafizəsi tərəfindən Türkiyə ərazi sularına itələndiyi müəyyən edilən 39 mühaciri quruya çıxarıb.
İzmirin Seferihisar qəsəbəsi sahillərində də Yunanıstan Sahil Mühafizə Xidməti tərəfindən Türkiyə ərazi sularına göndərildiyi müəyyən edilən 34 mühacir xilas edilib.
Mühacirlər əməliyyatdan sonra Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.