Sergey Lavrov Türkiyәdә sәfәrdәdir

Rusiyanın xarici işlәr naziri Sergey Lavrov Türkiyәyә sәfәr edib.

1839612
Sergey Lavrov Türkiyәdә sәfәrdәdir

Rusiyanın xarici işlәr naziri Sergey Lavrov Türkiyәyә sәfәr edib.

Xarici işlər naziri Mövlud Çavuşoğlunun bu gün rusiyalı həmkarı ilə keçirәcәyi görüşdә Qara dənizdə taxıl tankerləri üçün yaradılacaq təhlükəsiz dəhliz mәsәlәsi müzakirә olunacaq.

Çavuşoğlu-Lavrov görüşündə hәmçinin  Ankara-Moskva münasibətləri, fevralın 24-dən bu yana davam edən Rusiya-Ukrayna müharibəsində son vəziyyət və regional məsələlər müzakirə olunacaq.

Müharibə şəraitində həyata keçiriləcək taxıl təxliyyəsi ilə bağlı hər iki tərəfin dә təhlükəsizliklә bağlı narahatlıqları var.

Ukrayna xüsusilə Odessa bölgәsindә  dəniz minalarının təmizlənməsi ilə yaranacaq təhlükəsizlik problemindən, Rusiya isə taxıl tankerləri ilə Ukraynaya silah daşınmasından narahatdır.

Görüşdә tankerlərin Qara dənizdə təhlükəsiz hərəkəti, Qara dənizə və limanlara təhlükəsiz giriş-çıxış məsələləri də müzakirə olunacaq.

Rusiya xarici işlər naziri Sergey Lavrovu səfəri çәrçivәsindә  hərbi nümayəndə heyəti müşayiət edir.

Lavrovun və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Milli Müdafiə Nazirliyinin hərbi nümayəndələrindən ibarət nümayəndə heyəti ilə də görüşü nəzərdə tutulub.



Әlaqәli Xәbәrlәr