Xarici İşlər Nazirliyi Banqladeşdə baş verən partlayışla əlaqədar başsağlığı verib

Xarici İşlər Nazirliyi Banqladeşdə baş verən partlayışda həyatını itirənlər üçün başsağlığı mesajı yayıb.

1837924
Xarici İşlər Nazirliyi Banqladeşdə baş verən partlayışla əlaqədar başsağlığı verib

Xarici İşlər Nazirliyi Banqladeşdə baş verən partlayışda həyatını itirənlər üçün başsağlığı mesajı yayıb.
Nazirlikdən verilən yazılı açıqlamada Banqladeşin Çittaqonq şəhəri yaxınlığındakı konteyner anbarında baş verən partlayış və daha sonra baş verən yanğında çox sayda insanın həyatını itirdiyi və yaralandığı kədərlə öyrənildiyi bildirilib. 

Açıqlamada "Dost və qardaş Banqladeş xalqına və hökumətinə səmimi başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik" deyilib.

Qeyd edək ki, Banqladeş mətbuatının məlumatına görə, Çittaqonqda baş verən partlayış və ardınca baş verən yanğın nəticəsində 49 nəfər ölüb, 300-dən çox insan yaralanıb.



Әlaqәli Xәbәrlәr