Çavuşoğlu ilə fransalı həmkarı Kolonna arasında telefon danışığı olub

Çavuşoğlu həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib.

1834352
Çavuşoğlu ilə fransalı həmkarı Kolonna arasında telefon danışığı olub

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Fransanın xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı olub.
Görüşdə nazir Çavuşoğlu həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib.

Görüşdə Ukraynadakı hadisələr və ikitərəfli münasibətlər də müzakirə edilib.

Qeyd edək ki, Fransada mayın 20-də elan edilən prezident Emmanuel Makronun yeni kabinetində Fransanın Londondakı səfiri Ketrin Kolonna Avropa və Xarici İşlər naziri təyin edilib.



Әlaqәli Xәbәrlәr